19 may 2022 13:33
511

Qeyri-adi ölümlər

Ölümdən sonrakı həyat

Ölümdən sonra həyatın mövcud olub-olmadığını heç kim bilmir. Buna dair sübut olmadığından, insanlar yalnız təxmin edə bilərlər. Thomas Lynn Bradford ölümdən sonra həyatın olduğuna inanırdı. Və bunu sübüt etmək üçün o, qazı açıq qoyaraq qapalı otaqda özünü ölümə məhkum edir. Axirət həyatından onun ruhu mediuma ziyarətə gəlmədi idi, lakin bu baş vermədi. Nə medium, nə də başqa birisi Bradfordun ruhunu görməyib.

Paraşüt testi

Frans Reichelt paraşüt plaşını icad edən dərzidir. O, öz əlləri ilə bir neçə paraşüt maketi tikərək, onları manekenlərin üzərində sınaqdan keçirir. Manekenləri beşinci mərtəbədən aşağı ataraq eksperiment aparan Frans qərara gəlir ki, hündürlüyü artırmaq lazımdı. Parisin yerli hakimiyyət orqanlarına dəfələrlə müraciət etdikdən sonra, ona Eyfel qülləsində ixtirasını test etməyə icazə verilir. İnsanlar nə qədər onu fikrindən daşındırmaq üçün cəhd göstərsələr də, buna nail ola bilmədilər. Heç kimə qulaq asmayan dərzi 60 metr hündürlükdən tullanaraq , paraşütün açılmaması səbəbindən öldü.

Vəkilin "müdafiəsi"

1870-ci ildə barların birində qətl hadisəsi baş verir. Beş nəfər arasında anlaşılmazlıq yaşanır və nəticədə dava düşür. Dava zamanı kimsə Tomas Meyerə atəş açaraq onun ölümünə səbəb olur, amma qatilin kimliyi naməlum olaraq qalır. Cinayəti törətməkdə şübhəli bilinən Makgehanın vəkili, müştərisinin müdafiəsinə başlayır. O qeyd edir ki, mərhum tapançasını çıxaran zaman təsadüfən özünü qarnından vurub. Hakim bu iddiaları qəbul etmir. Vəkil Klement bunun necə baş verdiyini nümayiş etdirmək qərarına gəlir. Nümayiş zamanı bilmədən özünü mədəsindən güllələyir və ertəsi günü xəstəxanada dünyasını dəyişir.

Nərmin Nərimanova

(Mənbə:Люди, которые пошли на отчаянные меры, чтобы доказать свою правоту https://stakanchik.media/article/lyudi-kotorye -poshli-na-otchayannye-mery-chtoby-dokazat -svoyu-pravotu)