18 may 2022 03:43
225

Uşağını sobada bişirən ana

Bu faciəli hadisə ötən illərdə Kaliforniyanın Sakramento ştatında baş verib. Ana bir aylıq qızını mikrodalğalı sobada qızdırıb. Bu barədə “Nashbryansk.ru” xəbər agentliyi məlumat yayıb.

5 dəqiqə boyunca sobada qalan körpənin ölümcül termik xəsarətlər almaqla yanaşı, bədənin 60%-i yanıb. Həkimlər bildirirlər ki, ən ağır yanıq qızın nazik bağırsağında və mədəsində aşkar olunub. Bunun səbəbi orqanlara çatan şüalanma olub və nəticədə uşaq dünyasını dəyişib.

İstintaq zamanı qızın anası bipolyar şəxsiyyət pozuntusundan əziyyət çəkdiyini etiraf edib. Onun başqa ailələrdə olan daha üç övladı olduğu da məlum olub. Qətlin törənmə səbəbi isə uşağın formal atası olan şəxsin atalığı qəbul etməməsi və sevgilisini xəyanətdə günühlandırması olub.

Qeyd edək ki, hadisə zamanı hər iki tərəf içkili olub.

Nərmin Nərimanova