18 may 2022 18:00
648

Dünyanın ən bahalı  5 kitabı

Çox vaxt heç kimdən ala bilmədiyimiz məlumatları, həyatda var olmaq, düzgün yaşamaq və insanlarla münasibət qurmaq üçün lazım olan informasiyanı bizə kitablar verir. Hər bir insanın özünü dərk etdiyi gündən ilk dostu oxuduğu birinci kitab olur. Kitablarda müxtəlif olur. Bu gün bəşəriyyət tarixində iz qoyan dəyərli kitablar haqqında danışacayıq.

“Leicester əlyazmaları” (The Codex Leicester, Leonardo da Vinçi)

“Leicester əlyazmaları”Leonardo da Vinçinin elmə aid yazılar toplusudur. Bu əlyazmalar Leonardo da Vinçinin 1506-1510-ci illərdə Milanda yaşadığı dövrdə yazılmışdır. Əlyazmalar hər iki tərəfdən yazılmış, 18 vərəqdən ibarət bir dəftərdir. Yazılar Lenardo da Vinçininin özünəməxsus “güzgü”şrifti ilə xüsusi bir şəkildə yazılmışdır. Bu yazıları yalnız bir aynanın köməyi ilə oxumaq olar. Yazılarında Leonardo təbiət haqqında düşündüyü müxtəlif hadisələr barəsində danışır. Əlyazmalar 1717-ci ildə onları satan Count Leicester- in şərəfinə “Leicester” adını alıb. Kitab 1980-ci ildə varlı sənayeçi, filantrop Armand Hammer tərəfindən alınıb və adı “ Cod Hammer” olaraq dəyişdirilib.1994- cü ildə isə “Microsoft”un qurucusu, milyarder Bill Qeyts kitabı Christies auksionunda 30.8 milyon dollara alıb. Beləliklə, “ Leicester əlyazmaları” dünyanın ən bahalı kitabı adını qazanıb onun təşəbbüsü ilə “ Leicester Codex” kitabı dünyanın müxtəlif muzeylərində sərgilənir.

“Henri Lionun İncili” (“The Gospels of Henry the Lion”)

Bu kitab 4 “İncil”in mətnlərindən ibarət 266-ı səhifəlik əlyazmadır. Kitabın 50 səhifəsi tamamilə illüstrasiyalardan ibarətdir. “İncil” 1188- ci ildə Saksoniya və Bavariya hersoqu Henri Lionun xahişi ilə Helmarsxauzen rahibləri tərəfindən tərtib olunmuşdur. Henri Lionun ölümündən sonra əlyazmaları yoxa çıxmışdı. Qədim əlyazmalar XIX əsrdə Praqada tapılmış və 1861-ci ildə kral VGeorg tərəfindən alınmışdır. Beş ildən sonra kral V Georg taxtından devrildikdən sonra , Avstraliyaya qaçışı zamanı digər əşyalar ilə əlyazmanı da özü ilə aparır. Beləliklə, dəyərli kitabın izləri yenidən itmiş olur. Lakin dəyərli “İncil” 1983-ci ildə naməlum bir satıcı tərəfindən Sothebys auksionunda 12.4 milyon dollara satılmışdır. Hal-hazırda bu “İncil” Hersoq Avqustun kitabxanasında saxlanılır və təhlükəsizlik səbəblərinə görə, iki ildə bir dəfə nümayiş etdirilir.

“Amerikanın quşları”, Ceyms Audubon (“The Birds of America”, Jonh James Audubon)

“Amerika quşları” bir çox cəhətdən bənzərsiz bir kitabdır. Bu kitab naturalist və rəssam Con Ceyms Audubon tərəfindən yazılıb. Onun ilk nəşri 1827-1838-ci illərdə ABŞ-dahəyata keçirilmişdir. Bu müddət ərzində yalnız 200 nəhəng formatda olan nüsxələr çap olunmuşdur. Hər səhifənin hündürlüyü 50 düyümdür (127 sm). “Amerika quşları”nın bütöv nüsxəsinin ölçüsü 60/9 sm-dir. Kitabın içində 435 rəngli şəkil var və üzərində quşlar tam ölçüdə təsvir olunub. Hal-hazırda “Amerika quşları”nın 119 tam nüsxəsi mövcuddur. Onların 108-i dünyanın müxtəlif muzeylərindədir, yalnız 11- i isə incəsənətə dəyər verən insanların kolleksiyalarındadır. Kitabın orijinal versiyası 1989- cu ildə 3.6 milyon dollara Nyu-Yorkda satılıb və təbiətin tarixi haqqında yazılan ən bahalı kitabdır.

“Kanterberi hekayələri”, Cefri Çoser (“The Canterbury tales”, Geoffrey Chauser)

“İngilis poeziyasının atası” və ingilis ədəbiyyatının banilərindən biri olan Cefri Çonserin dəyərli əsəri olan “ Kanterberi hekayələri” 1447-ci ildə Villiam Kekstonun nəşriyyatında çap olunmuşdur. Lakin hekayələrin yazılma tarixi 14-cü əsrə təsadüf edir. Hekayələrin bəziləri Çouserin öz şəxsi müşahidələri əsasında, bəziləri isə başqalarından eşitdiyi əhvalatlar əsasında yazılıb. Bu günə qədər hekayələrin yalnız 12 nüsxəsi qalmışdır. “ Kanterberi hekayələri” 1998-ci ildə Londonda 7.18 milyon dollara satılıb.

“Yəhudi İncili” (“Hebrew Bible”)

Kitabın orijinalı ibrani və aramey dillərində yazılıb və bu günə qədər bu dillərdə yazılan ən bahalı əlyazma sayılır. Yəhudi ilahiyyatçıları tərəfindən tərtib olunan bu İncil 3 hissədən ibarətdir: “Tövrat”, “Neviim” və “Ktuvim”. Bu “İncil”in yaranma tarixi 9-10-cu əsrlərə təsadüf edir. “Yəhudi İncili” 1989-cu ildə Londonda 3.18 milyon dollara satılıb.

Samirə Tağıyeva, “İki sahil”