18 may 2022 02:15
399

Bəy və gəlin toy günü özünə od vurdu - VİDEO

ABŞ-da keçirilən toy mərasimi inanılmaz anlara səhnə olub.

“İki sahil” xəbər verir ki, açıq havada təşkil edilən toy mərasimi zamanı gəlin və bəy sözün əsl mənasında özlərini yandırıblar. Cessop və Mişelin alovun içində məclisə gəlməsi qorxulu anlara səhnə olsa da, bəy və gəlində qorxu əlamətləri olmayıb.

Bəy və gəlin alovun içində qonaqları salamlayıblar. Ardınca yanğını söndürmək üçün əvvəldən hazır olan şəxslər alovu söndürüblər. Sən demə, gəlin və bəy kaskadyordur.

Onlar bir neçə filmdə iştirak ediblər. Cütlük bacarıqlarını toylarında da nümayiş etdirmək qərarına gəlib.