14 may 2022 08:54
253

Latviyada daha 102 Rusiya vətəndaşı arzuolunmaz şəxslər siyahısına əlavə edilib

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç daha 102 Rusiya vətəndaşını ölkəsi üçün arzuolunmaz şəxslər siyahısına əlavə edib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN rəhbəri özünün sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, siyahıya əlavə edilən Rusiya vətəndaşlarına qeyri-müəyyən müddətə Latviyaya giriş qadağan edilir.