14 may 2022 08:17
251

Türkiyədə koronavirusla bağlı statistika açıqlandı

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 7 nəfər vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 134 min 27 nəfər test edilib, 1 min 534 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 1 min 673 nəfər sağalıb.