14 may 2022 01:16
274

Tibb və əczaçılıq işçiləri imtahana cəlb olunacaqlar - VİDEO

Xaricdə təhsil almış tibb və əczaçılıq işçiləri imtahana cəlb olunacaqlar.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resurslarının şöbəsinin müdiri Səidə Rüstəmova deyib.

O bildirib ki, xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.

Şöbə müdirinin sözlərinə görə, namizədlərin yalnız ixtisasları üzrə bilik səviyyələri və peşə səriştələri yoxlanılacaq. Qeyd edək ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.