13 may 2022 12:44
509

SOCAR: Dələduzluqla məşğul olan səhifələrin şirkətimizə heç bir aidiyyatı yoxdur

Son günlər müxtəlif sosial şəbəkələrdə SOCAR adından istifadə edərək, maddi maraq qarşılığında vətəndaşlara işə düzətmə və ya investisiya yatırma imkanları təklif olunur.

“İki sahil” xəbər verir ki, bu haqda SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidməti məlumat yayıb.

Məlumatda bildirilir: "Bəyan etmək istəyirik ki, dələduzluqla məşğul olan bu səhifələrin SOCAR-a heç bir aidiyyatı yoxdur, həmçinin şirkət onların verdikləri vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşları ayıq-sayıqlığı itirməməyə və sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.

Qeyd edək ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib".