KÖŞƏ

Elçin Zaman

Erməni vandalizmi sərhəd tanımır

14 aprel 2022 22:58
1220

Bu reallıq ABŞ Dövlət Departamentinin 2021-ci ilə dair hesabatında öz əksini tapıb

ABŞ Dövlət Departamenti özünün rəsmi saytında 2021-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb. Hesabatın Ermənistana aid hissəsində 2020-ci ildə etnik erməni qüvvələrinin  azərbaycanlı əsirləri qətlə yetirdiklərinə, işgəncəyə və ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatlar mövcuddur. Hesabatda vurğulanıb ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində  erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlayıb. Həmçinin, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbiristanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb. 2020-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı qeyd edilib.

Təbii ki, hesabatda göstərilən bu məlumatlar erməni vandalizminin və vəhşiliyinin cüzi hissəsidir. Qeyd edək ki, ötən həftələrdə işğaldan azad edilən bir çox kəndlərimizdə erməni silahlı birləşmələrinin qətlə yetirdikləri azərbaycanlı hərbçilərin və mülki vətəndaşların kütləvi məzarlıqları da aşkar olunub. Belə ki, Xocavəndin Edilli, Kəlbəcərin Başlıbel, Xocalının Fərrux kəndlərində və ətraf yüksəkliklərdə aparılmış qazıntılar zamanı Birinci  Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların yeni qalıqları aşkar edilib. Bu faktlar erməni faşizminin ifşasında və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib əhəmiyyət kəsb edir. Ermənistan bu cinayətlərə görə beynəlxalq miqyasda məsuliyyətə cəlb olunmalıdır və olunacaqdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev kütləvi məzarlıqlar mövzusuna xüsusi önəm verir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransanın dövlət başçısı Emmanuel Makronla görüşlərdə də bu məsələ xüsusi qaldırılıb. Dövlət başçımız bəyan edib ki, Birinci Qarabağ müharibəsi dövründə 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir: « Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir.»

Bu acı həqiqətdir ki, Ermənistan hakimiyyəti əzəli ata-baba torpaqlarımızı işğal altında saxladığı onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb, viran qoyublar. Vəhşiliyin, nifrətin və vandalizmin tam mənzərəsi isə həmin ərazilərin işğaldan azad edilməsindən sonra bizə, eləcə də dünyaya bütün çılpaqlığı ilə  aydın oldu. Əlbəttə ki, belə geniş  miqyasda dağıntılar müharibə zamanı törədilə bilməzdi. Cinayətkar, talançı və işğalçı ermənilər bu vəhşilikləri 30 illik işğal dövründə törətmişdilər.

Ermənilər Azərbaycan xalqına məxsus təbii sərvətləri də talan edirdilər. Sirr deyil ki, bir çox xarici şirkətlər onlara bu işdə yardım göstəriblər. Azərbaycanın düşmən tapdağından azad edilmiş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam bölgələrindəki yaşayış məntəqələri tamamilə dağıdılaraq yerlə-yeksan edilib. Müharibə dövründə ermənilər evləri, binaları kərpic-kərpic sökərək talançılıq, soyğunçuluq törədiblər.  Bu ərazilərdəki qəbiristanlıqlar da eyni aqibətlə üzləşiblər. Belə ki, qəbir daşları ermənilər tərəfindən dağıdılıb, məzar daşlarının bir qismi Ermənistana aparılıb. Doğma torpaqlarına qayıdan azərbaycanlılar əzizlərinin, valideynlərinin, dostlarının məzarlarını ziyarət etmək istədikdə aydın olub ki, qəbir daşlarının çoxu məhv edilib və ya talanıb. Məsələn, işğaldan azad edilmiş Cəbrayılın şəhər qəbiristanlığı ermənilər tərəfindən tamamilə barbarlığa məruz qalıb.  Bu məzarlıqda bir dənə də olsun salamat qəbir qoymayıblar. Hətta Cəbrayıl qəbiristanlığında insan qalıqları olan açıq çalalara da rast gəlmək olar.

B,u bir daha onu göstərir ki, ermənilərin genində qurmaq- yaratmaq xarakterindən çox dağıtmaq, viran qoymaq xarakteri formalaşıb. Onların məqsədi bu torpaqlardan azərbaycanlılara aid bütün tarixi abidələri, ümumilikdə tarixi silmək idi. Elə ona görə də işğalçılar qəsdən, bilərəkdən və planlı, proqramlı şəkildə təkcə evləri, məscidləri deyil, qəbirləri də dağıdırdılar. Ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün ölülərdən belə intiqam alırdılar. Bu, vandalizmin ən iyrənc təzahürüdür.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?