01 iyun 2020 12:04
678

3 yaşlı oğlunu paltaryuyan maşına kilidlədi…

Yaponiyada 3 yaşlı oğlunu paltaryuyan maşında 90 dəqiqə kilidləyən ata həbs edildi.

“İki sahil” xəbər verir ki, hadisə Yaponiyanın İbaraki şəhərində baş verib. Polisin verdiyi məlumata görə, özəl şirkət işçisi olan 37 yaşlı Kenichi Hoshino həyat yoldaşı və 5 yaşlı qızı ötən şənbə evdən çıxandan sonra 3 yaşlı oğlunu paltaryuyan maşının barabanına kilidləyib. Uşağını təxminən 90 dəqiqə maşında saxlayan ata sonra təcili yardım çağırıb və oğlunun guya   özünün xəbəri olmadan maşına qalxdığını və uşaq özünü yaxşı hiss etmədiyini söyləyib. Xəstəxanaya yerləşdirilən uşağın bədəninin su itkisi səbəbindən halsızlığı müəyyən olub.

Şübhəli bilinən ata daha sonra günahını etriaf edib. Oğluna zərər vermək niyyətində olmadığını deyən ata uşağa qarşı zorakılıq ittihamı ilə həbs olunub.