20 yanvar 2022 08:51
182

54 yaşlı kişini avtomobil vurub

Bakıda avtomobil 54 yaşlı kişini vurub.

“İki sahil” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yeddinci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Hüseynov Eldar Nizami oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.