20 yanvar 2022 08:30
582

Bakıda gənci avtomobil vurub

Bakının Binəqədi rayonunda yol nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Lətifov Namiq Bəhlul oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.