20 yanvar 2022 00:43
694

“Qarabağ” braziliyalı hücumçu alır?

"Qarabağ"ın maraq dairəsinə düşən hücumçulardan daha birinin kimliyi bilinib.

“İki sahil” xəbər verir ki, adı Ağdam klubunun transfer siyahısında yer alan legioner Junior Brumadodur. 22 yaşlı braziliyalı müqavilə ilə "Mitdyulland"a məxsusdur. Danimarka klubu onu 2020-ci ildə ölkənin başqa bir təmsilçisinə - "Silkeborq"a icarəyə verib. Vətənində "Bahia"nın yetirməsi olan "sambaçı" 2019-cu ildən Danimarkada çıxış edir.

Brumado ön xətlə yanaşı, yarımmüdafiənin cinahlarında oynamağı bacarır.