Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalına qeydiyyat başlayıb
“Can Azərbaycanda ilk beynəlxalq “Texnofest” festivalımızı keçirəcəyimizə görə həyəcanlıyıq və bununla qürur duyuruq”.
“İki sahil” xəbər verir ki, bununla bağlı Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “Twitter” hesabında paylaşım edib.
O qeyd edib ki, artıq səbirsizliklə gözlənilən “Teknofest-Azərbaycan” festivalına qeydiyyat başlayıb.