19 yanvar 2022 18:01
619

"Neftçi"nin "Visla" ilə oyununda nə baş verib?

"Neftçi" və Polşanın "Visla" (Plotsk) komandaları aralarında Türkiyənin Antalya şəhərində keçirilən yoxlama oyununda insident yaşanıb.

“İki sahil” xəbər verir ki,  77-ci dəqiqədə Polşa təmsilçisinin futbolçusu Eddi İsrafilova qarşı kobudluq edib.

İsrafilov və komanda yoldaşları bu hərəkətə sərt reaksiya veriblər. Mübahisə zamanı texniki zonada əyləşənlər də olaya müdaxilə edib. Hakim hər iki oyunçuya sarı vərəqə göstərdikdən sonra matç davam edib.

Qeyd edək ki, "Neftçi" hazırda 1:0 hesabı ilə öndədir.