19 yanvar 2022 20:16
723

Koronavirus beyin üçün dəhşətli xəstəlikdir

COVID virusu beyni çox zədələyir.

“İki sahil” xəbər verir ki, Alsgeymer xəstəliyi ilə mübarizə Assosiasiyasının tədqiqatçıları infeksiyanın yaşlı nəslin beynini Alsgeymerdən daha şiddətli zədələdiyini deyib.

Alimlər müəyyən edib ki, kovid xəstələrində beynin koqnitiv funksiyaları aşağı düşüb, yaddaş zəifləyib, demensiya əlamətləri yaranıb. Halbuki kovidə qədər bu insanlar beynin işinin pozulmasından şikayət etmirdilər.

COVID əgər yaşlı insanlarda demensiya 10-15 il sonra özünü göstərəcəkdisə, onu irəli çəkir. Risk qrupuna kovidi çox ağır keçirən, xəstəxanada və seni tənəffüs aparatında olanlar aiddir.

Beynin funksiyasını bərpa etmək çətindir, uzun vaxt alır.