19 yanvar 2022 18:51
657

Ən depressiv qan qrupu açıqlandı

Harvard Universitetinin alimləri genişmiqyaslı araşdırma aparıblar və aşkar ediblər ki, qan qrupu insanın təkcə fiziki sağlamlığına deyil, həm də psixoloji vəziyyətinə və ruh halına təsir edir. Bu isə xəstəliklərə səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, elmi işlərin nəticələri “JAMA Psychiatry” jurnalında dərc olunub. Tədqiqatçılar qan qruplarından biri ilə müxtəlif sağlamlıq problemlərinə həssaslıq arasında əlaqə tapıb. Bu dördüncü qrupdur. Məsələ burasındadır ki, tədqiqatın nəticələrinə əsasən bu qan qrupunun depressiv sahibləri çox emosionaldırlar, sinir krizlərinə və ürək-damar xəstəliklərinə meyllidirlər. Qeyd edilir ki, bu xəstəliklər həm müsbət, həm də mənfi Rh faktorunun sahiblərinə xasdır.

Bununla belə, dördüncü qan qrupunun mənfi Rh faktoru ilə birləşməsi hələ də təhlükəli hesab olunur. Belə xəstələrdə yaşla birlikdə demensiyanın inkişaf ehtimalı 82% qiymətləndirilir. Psixoterapevtlər tərəfindən təhlil edilən sorğunun nəticələrindən məlum olub ki, dördüncü qrupun sahibləri narahatlıqdan, depressiyadan başqaları na nisbətən daha çoz şikayətlənirlər, heç bir səbəbə olmasa da, özlərini bədbəxt hiss edirlər.