19 yanvar 2022 18:20
604

"Beşiktaş"ın oyununun vaxtı dəyişdirildi

Türkiyə Superliqasında bir neçə oyunun başlama vaxtı dəyişdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib. Bu gün Bakı vaxtı ilə saat 18:00-da başlaması planlaşdırılan "Kayserispor" - "Başakşehir" matçı 1 saat sonra start götürəcək.

Yanvarın 21-i saat 21:00-a təyin olunan "Yeni Malatyaspor" - "Beşiktaş" görüşü növbəti gün saat 14:30-da başlayacaq. Federasiyanın belə qərar verməsinə səbəb isə ölkədəki soyuq hava şəraitidir. 

Bundan əlavə, ötən gün qar səbəbindən birinci hissədən sonra yarımçıq dayandırılmış "Qaziantep" - "Yeni Malatyaspor" qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb.