19 yanvar 2022 16:10
609

Çingiz Hüseynzadə növbəti müddətə Atletika Federasiyasının prezidenti seçilib

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.

“İki sahil” xəbər verir ki,  MOK-dan verilən məlumatına görə, toplantıda eyni zamanda İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Yenidən qurum rəhbəri seçilən Hüseynzadə 2024-cü ilin sonunadək atletikaya rəhbərlik edəcək. Firat Hüseynov Atletika federasiyasının vitse-prezidenti postunda qalıb. Məhərrəm Sultanzadə isə baş katib vəzifəsində çalışmağa davam edəcək.

Qeyd edək ki, Hüseynzadə 1996-cı ildən federasiyanın prezidentidir.