19 yanvar 2022 15:03
1058

Pərvin Abıyeva: Sevgilim Azərbaycanda yaşamır

"Mənim kimi qadın sevgisiz qalar? Özüm də boş qala bilmərəm. Bir ildən çox idi həyatımda boşluq idi".

“İki sahil” xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Deməsəm olmaz" proqramında deyib. Sənətçi sevgi etirafı edib. O, sevgilisinin ona qoyduğu qadağalardan bəhs edib: "Qadağalar olur, hər zaman da olub. Əgər mənə xoş dillə deyirsə, ora getməyini istəməzdim, deyirəm, baş üstə. O insanın mənim həyatımdakı yerindən dəyərli deyil. Amma sərt deyəndə, cavab verirəm, sən sən ol, mən mən. Mənə nə qadağa qoyursa, eynisini mən də ona edirəm".

Pərvin sevgilisinin Azərbaycanda yaşamadığını bildirib: "Bacardığım qədər münasibətimi gizlətməyə çalışdım. İndi də açıb tökdüm, amma tapa bilməyəcəksiniz. Heç bir görüntüsünü yaymayacam. Elə insan olur ki, dövlət işində çalışır. Bizdə bu cür insanların görüntüsünün yayılmasına icazə yoxdur. O demək deyil ki, münasibətdə olduğum şəxs dövlət işində işləyir. Keçmişdə yaşadığım hadisəyə aiddir bu sözlərim. İndi münasibətdə olduğum şəxs burada yox, Türkiyədə yaşayır".