18 yanvar 2022 21:43
771

Uzunömürlülüyün sirri qanda dəmirin miqdarı ilə bağlı imiş

Genişmiqyaslı genetik araşdırmalar nəticəsində məlum məlum olub ki, qanda dəmirin normal olmayan miqdarı yaşla əlaqəli bir çox xəstəliklərin səbəbidir.

Dəmir insan orqanizmində çox mühüm rol oynayır. Qırmızı qan hüceyrələri tərəfindən oksigenin alınmasında məsul olan hemoqlobinin bir hissəsidir. Bu qırmızı qan hüceyrələri toxumalara oksigeni çatdırır və onlardan karbon qazını toplayır.

 Dəmir çatışmazlığı zamanı anemiya meydana gəlir (xalq arasında qan azlığı adlanır). İnsan oksigen çatışmazlığı səbəbindən yorğun, əsəbi hiss etməyə başlayır, tez yorulur və hətta huşunu itirə bilər.

Şotlandiya və Almaniya alimləri hansı genlərin daha uzun və sağlam həyatla əlaqəli ola biləcəyini öyrənməyi qarşılarına məqsəd qoyublar.

 Onlar bir milyondan çox insan haqqında məlumatları əhatə edən üç açıq genomik məlumat dəstini təhlil ediblər.

Ən təəccüblüsü isə odur ki, onların bir çoxu dəmir mübadiləsi ilə əlaqəli idi. Nəticədə, tədqiqatçılar bədəndə dəmirin emalının pozulmasının bir çox yaşa bağlı xəstəliklərin yaranmasına səbəb olduğunu güman edirlər.

Qanda pozğunluqlar dərhal ciddi sağlamlıq problemləri yaratmır. Buna görə də insanlar onları fərq etmir və həkimlər, müvafiq olaraq, çox vaxt müalicə təyin etmirlər. Bununla belə, tədricən təsir göstərir, müəyyən orqanlarda problemlərə artrit, diabet, ateroskleroz, demensiya və ürək xəstəliyi kimi tipik görünən qocalıq xəstəliklərinin yaranmasına səbəb ola bilir və orqanizmin degenerasiyasını sürətləndirir.

Bununla yanaşı, bir çox neyrodegenerativ xəstəliklər, məsələn, Alzheimer xəstəliyi beyində dəmirin qeyri-adi dərəcədə yüksək olması ilə əlaqələndirilir. Həkimlər bu halda dəmiri oradan çıxarmağın yollarını axtarırlar.

 Sözügedən geniş tədqiqatların nəticəsi “Nature Communications” jurnalında dərc edilib.

Nubar Süleymanova, “İki sahil”