18 yanvar 2022 17:10
790

Bu pəhriz ömrünüzü qısalda bilər

Son illər ərzində aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, az karbohidratlı pəhriz ömrü dörd ilə qədər qısalda bilər.

Karbohidratlı qidaların azlıq təşkil etdiyi Atkins kimi pəhrizlər çəki atmaq istəyənlər arasında getdikcə çox yayılır və bəzi xəstəliklərə tutulma riskini azaltdığı da üzə çıxıb.

Lakin ABŞ-da aparılan 25 illik bir araşdırma göstərib ki, az miqdarda karbohidrat qəbulu - və ya əti protein və yağ əsaslı bitkilərlə əvəzləmək daha düzgündür.

“The Lancet Public Health” jurnalında dərc olunan məqalədən müəyyən olunub ki, gündəlik enerjilərinin 50-55 faizini karbohidratdan alan  insanların ölüm riski, az və çox karbohidrat qəbul edənlərdən daha aşağıdır.

Karbohidratlara tərəvəzlər, meyvə və şəkərdə rast gəlinsə də, onlar daha çox kartof, çörək, düyü və makaron kimi nişastalı qidaların tərkibində olur.

Mütəxəssislər 50 yaşdan yuxarı insanların orta miqdarda karbohidrat qəbul etdikləri təqdirdə, təqribən 33 il daha çox yaşayacaqlarını təxmin edirlər.

Onların fikrincə,  karbohidratları protein və yağ əsaslı bitkilərlə əvəzləmək sağlam yaşlanmağa kömək ola bilər. Alimlər, həmçinin heyvan protein və yağları ilə zəngin aşağı karbohidratlı pəhrizləri protein və yağ əsaslı bitkilərlə müqayisə ediblər.

Aydın olub ki, karbohidrat əvəzinə həddən artıq mal, qoyun, donuz və toyuq əti və pendir yemək ölüm riskini bir az artırır.

Lakin karbohidratları paxlalılar və ləpələr kimi protein və yağlarla zəngin bitkilərlə əvəz etmək ölüm riskini azaldır.

Bostonda yerləşən Brigham və Qadın Xəstəxanasından klinik və elmi işçi və araşdırmanın rəhbəri Sara Seidelmann deyir: "Sağlamlıq baxımından və çəki itirmək məqsədilə karbohidratları protein və ya yağlarla əvəzləyən aşağı karbohidratlı pəhrizlər böyük populyarlıq qazanır.

Halbuki bizim əldə etdiyimiz məlumatlar, Şimalı Amerika və Avropada yayılan heyvan əsaslı və aşağı karbohidratlı pəhrizlərin insan ömrünü daha da azaltdığını göstərir.

Bunun əvəzində, aşağı karbohidratlı pəhrizi seçən insanların bitki əsaslı yağlar və proteinlərdən faydalanmaları sağlam yaşlanmaya səbəb olar."

Samirə Tağıyeva, “İki sahil”