18 yanvar 2022 17:03
301

32 suşi yeyən qadın xəstəxanalıq olub - FOTO

ABŞ-ın Kaliforniya ştatının Mauntin-Vyu şəhərindəki Suşi 85 restoranına 50 dollara limitsiz suşi yemək üçün gedən qadın xəstəxanaya yerləşdirilib. 24 yaşlı Danielle Şapiro keçən ay dostu ilə suşi yemək istəsə də, işlər onun istədiyi kimi nəticələnməyib. Şapiro 32 suşi yedikdən sonra özünü pis hiss edib və şiddətli mədə ağrıları ilə xəstəxanaya aparılıb.

Xəstəxanada ona qastroezofagial reflüks diaqnozu qoyulub.

Şapiro xəstəxanaya yerləşdirilmə səbəbini izah etmək və yediyi suşini göstərmək üçün dekabrın 23-də TikTok-da bir video paylaşıb. 24 yaşlı qadının suşi həvəskarlarına etdiyi xəbərdarlığa 11 milyondan çox baxış olub. Qadın videonu “Limitsiz suşi təcrübəsi tərs getdi” başlığı ilə paylaşıb. O, əvvəlki paylaşımında "böyük suşi həvəskarı" olduğunu və dostu ilə limitsiz suşi yemək istədiyini söyləyib. Şapiro restoranda miso şorbası, yapon ravioli kimi tanınan 4 gyoza, jalapeno poppers, 8 yaşıl əjdaha rulonu, 8 qar rulonu, 8 Kaliforniya rulonu, 8 vakame rulonu yeyib. Suşi həvəskarı qadın bundan sonra yaşadıqlarını belə izah edib: “Nahardan dərhal sonra o qədər şişdik ki, evə getməzdən əvvəl yarım saat maşında oturmalı olduq.”

O, səhərə yaxın sinə və mədəsində şiddətli ağrı hiss etdiyini və nəfəs almaqda çətinlik çəkdiyini bildirib. Xəstəxanada müalicə aldıqdan sonra Şapiro sağalması üçün bir neçə gün lazım olduğunu deyib. Bu uğursuz təcrübənin suşiyə olan sevgisini azaltmayacağını dilə gətirən Şapiro, "Yenə mütləq suşi yeyəcəyəm" deyib.

Vüsal Cahanov, “İki sahil”