08 dekabr 2021 14:06
360

“Udineze”nin baş məşqçisi istefaya göndərilib

İtaliya A seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

“İki sahil” xəbər verir ki, “Udineze” Luka Qotti ilə yollarını ayırıb.

54 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbindən vəzifəsindən azad edilib. 16 turdan sonra hesabında 16 xal olan komanda turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Qotti 2019-cu ildən “Udineze”nin baş məşqçisi idi.