08 dekabr 2021 13:32
379

“Qalatasaray” bu futbolçuya 8 milyon avro təklif edib

“Qalatasaray” “Benfika”nın futbolçusu Gedson Fernandeşin transferində israrını davam etdirir.

“İki sahil” xəbər verir ki, Türkiyə klubu portuqaliyalı yarımmüdafiəçini qış fasiləsinə heyətinə cəlb etməyi planlaşdırır.

Bu ilin ilk 6 ayında icarə əsasında “cim-bom”un formasını geyinən 22 yaşlı orta sahə oyunçusunun keçidi ilə bağlı klublar arasında danışıqlar davam edir. İstanbul nəhəngi Gedson üçün lissabonlulara 8 milyon avro ödəməyə hazırdır. Əgər “Benfika” buna mənfi cavab versə, “sarı-qırmızılılar” onu yenidən icarəyə götürməyə çalışacaq.

Fernandeşin “Benfika” ilə 2023-cü ilin yayına qədər olan müqaviləsini yeniləməkdən imtina etməsi Portuqaliya klubunu da onu sataraq, gəlir götürməyə vadar edir.