08 dekabr 2021 13:23
397

ABŞ OPEC-in neft hasilatı üzrə proqnozunu korrektə edib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2021-ci il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu endirib.

"İki sahil"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,3 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,04 mln. barel azdır.

Proqnoza görə, gələn il bu göstəricinin 28,38 mln. barel olacağı ehtimal edilir (ötən proqnoz 28,37 mln. barel).

EIA-in hesablamalarına görə, 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel olub.