08 dekabr 2021 13:03
391

"Milan" ÇL tarixində ən pis nəticə göstərənlərdəndir

"Milan" Çempionlar Liqası tarixində qrup mərhələsində ən pis nəticə göstərən ikinci İtaliya komandası olub. 

“İki sahil” xəbər verir ki, bu, A seriyası təmsilçisinin ötən gecə qrup mərhələsinin 6-cı turunda "Liverpul"a uduzmasından sonra qeydə alınıb. Komanda ümumilikdə 4 xal toplayaraq turnir cədvəlində sonuncu yeri tutub və mübarizəni dayandırıb. Beləliklə, "Milan" Çempionlar Liqasında ən pis nəticə göstərən ikinci İtaliya komandası kimi tarixə düşüb. 

Daha əvvəl "Roma" 2004/05 mövsümündə qrup mərhələsində 1 xal toplayıb. 

Qeyd edək ki, "Milan"ın yer aldığı B qrupunda "Liverpul" və "Atletiko" 1/8 finala adlayıb.