08 dekabr 2021 12:00
453

Manatın ucuzlaşması müzakirə mövzusu deyil

“Türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil”.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib.

“Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”, - deyə o, əlavə edib.