08 dekabr 2021 11:55
385

Ermənistan BMT məhkəməsinin qərarlarını icra etməsə...

“BMT-nin 1993-cü ildə qəbul etdiyi məlum qətnamələr 30 il kağız üzərində qalıb”.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin əsas vəzifəsi qərarlar icra edilmədikdə onu BMT təhlükəsizlik Şurasının diqqətinə çatdırmaqdır: “Dövlətlər üzərində həmin qərarların icrası ilə bağlı çox ciddi təzyiq olur. Beynəlxalq Ədalət məhkəməsində verilən qərarlarla bağlı 3 hakimdən ibarət komitə yaradılıb. Qərarlar icra edilmədiyi təqdirdə bu məsələyə baxılacaq. Dünən biz yaydığımız bəyanatda Ermənistanı məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırmışıq. Söhbət burada Ermənistanda uşaqların türklərə, azərbaycanlılara qarşı nifrət hissi ilə böyüdülməsidir. Bu gələcəklə bağlı məsələdir. Ona görə də bunun qarşısı alınmalıdır”.