08 dekabr 2021 11:52
390

Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistana çağırışlar edib

“Azərbaycan Vətən müharibəsindən sonra münaqişənin kökündə duran işğala son qoymaqla münaqişənin bitdiyini bildirib”.

“İki sahil” xəbər verir ki,  bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, Azərbaycan qarşılıqlı ərazi bütövlüyünü tanımaqla sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin imzalanması üçün Ermənistana çağırışlar edib: “Beləliklə, Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmədə sərt qərarlar qəbul etməklə siyasi xal qazanmaq cəhdləri uğursuzluqla nəticələndi. Amma bundan sonrakı mərhələdə biz qərarların qəbulunu daha uzun müddət ərzində gözləyəcəyik və işlər görəcəyik. Azərbaycanın mövqeyi hər zaman olduğu kimi beynəlxalq hüquqa əsaslanır. Azərbaycan həqiqətlərinin beynəlxalq məhkəmələrdə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik”.

E. Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi Ermənistana qarşı bir sıra konvensiyalar üzrə, xüsusilə ətraf mühitə vurulmuş ziyan, ekoloji və təbii sərvətlərin talan edilməsi ilə bağlı növbəti il şikayətlər qaldırmağa hazırlaşır.