08 dekabr 2021 12:39
411

Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi yenilənir - VİDEO

Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. Elə bu səbəbdən “Azərişıq” ASC tərəfindən Kərimbəyli kəndinin də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb.

Bu barədə “İki sahil”ə ASC-dən bildirilib.

Qeyd olunub ki, 1 200-dən çox abonentin yaşadığı kənd ərazisində 17 km-dan çox 10 kV-luq xətt tamamilə yenilənib, 16 km-dan artıq 0,4 kV-luq elektrik xətləri özünü daşıyan izolyasilyalı naqillərlə əvəzlənib. Müasir tipli Komplekt Transformator Məntəqələri quraşdırılıb. Bütün abonentlərin elektrik sayğacları yenilənib.

Cənab Prezident İlham Əliyevin müvafiq göstəriş və tapşırıqlarına əsasən ölkənin müxtəlif ərazilərində yerləşən yaşayış məntəqələrində ötən əsrin 60-cı illərindən qalan köhnəlmiş şəbəkələrin yenilənməsi istiqamətində işlər sürətlə davam etdirilir.