08 dekabr 2021 11:36
380

"Ayaks"ın futbolçusu Ronaldunun rekordunu təkrarlayıb

Niderlandın "Ayaks" klubunun futbolçusu Sebastyen Alle İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

“İki sahil” xəbər verir ki, 27 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsindəki bütün matçlarda fərqlənməklə nail olub.

Forvard son olaraq evdə Portuqaliyanın "Sportinq" komandasına 4:2 hesabı ilə qalib gəldikləri VI tur görüşündə hesabı açıb. O, hazırkı mövsümdə 10 qolla yarışın bombardiridir.

Qeyd edə ki, "Ayaks" C qrupunu 18 xalla birinci pillədə başa vurub və bütün görüşlərdə qələbə qazanmaqla Niderland futbolu tarixində ilkə imza atıb.