08 dekabr 2021 10:27
361

Mbappe Messinin rekordunu qırdı

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, fransalı hücumçunun rekordu qrup mərhələsinin 6-cı turunda "Brügge" ilə oyunda (4:1) qeydə alınıb. Oyunda dubl edən forvard ÇL-də 30 qol vuran ən gəc futbolçu olub.

22 yaş 352 günlüyündə buna nail olan futbolçu Messinin (23 yaş 131 günlük) rekordunu yeniləyib.