07 dekabr 2021 18:52
494

"Fənərbağça" - "Beşiktaş" oyununun vaxtı dəqiqləşib

"Fənərbağça" və "Beşiktaş" komandaları arasında keçiriləcək Türkiyə Super Liqasının XVII tur matçının vaxtı dəqiqləşib.

"İki sahil" Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 19-da oynanılacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, hazırda "sarı-lacivərdlilər" 27 xalla 3-cü, "ağ-qaralar" isə 21 xalla 9-cu pillədə qərarlaşıb.