19 oktyabr 2021 20:33
386

Afrikanın üç ölkəsinə peyvənd bağışlanacaq

Türkiyə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Afrikanın üç ölkəsinə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd bağışlayacaq.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Toqo Prezidenti ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Ərdoğan qeyd edib ki, peyvəndlər qarşıdakı dövrdə Toqo, Burkina-Faso və Liberiyaya göndəriləcək.