19 oktyabr 2021 19:21
403

Dövlət Gömrük Komitəsinin 30 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı təsis ediləcək.

“İki sahil” xəbər verir ki,  bu barədə qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müazkirə olunub.

Layihə parlamentin plenar iclasına tövsiyə edilib.