19 oktyabr 2021 19:59
403

PSJ Çempionlar Liqası oyunu öncə növbəti ciddi itki ilə üzləşib

Fransanın PSJ klubu evdə Almaniya "Leyptsiq"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının (ÇL) qrup oyununda daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.

"İki sahil" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu Mauro İkardi ailə problemlərinə görə bugünkü qarşılaşmada iştirak etməyəcək.

Xəyanət səbəbindən həyat yoldaşı və meneceri Vanda Nara ilə boşanmaq ərəfiəsində olan 28 yaşlı forvard klub rəhbərliyindən icazə alıb. Psixoloji durumu yaxşı olmayan futbolçu meydana çıxa bilməcəyini söyləyib.

Daha əvvəl PSJ-nin heyətində Neymar, Serxio Ramos və Leandro Paredesin "Leyptsiq"ə qarşı oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, PSJ - "Leyptsiq" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.