19 oktyabr 2021 17:59
393

“Qarabağ” Avropanın məğlubedilməz 29 klubu sırasında yer alıb

Avropada 2021/22 mövsümündə ölkə çempionatını məğlubiyyətsiz davam etdirən yüksək liqa klublarının adları müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  daxili birincilikdə 5 və daha çox oyun keçirib, uduzmayan komanda sayı 29-dur.

Ölkəsinin məğlubedilməzləri sırasında Azərbaycan klubu “Qarabağ” da yer alır. Premyer Liqamızın geridə qalan 7 turunda yenilməz olan ağdamlılar yalnız 2 görüşdə heç-heçə ilə kifayətlənməli olub.

Avropanın bəzi ölkələrində mövsüm artıq yekunlaşmaq üzrədir. Onlardan isə yalnız birində - Farer adalarında lider komandanın kürəyini yerə vuran tapılmayıb. “Klaksvik” keçirdiyi 24 matçın 22-də qalib gəlib, 2-də rəqibləri ilə “sülh” bağlayıb.