19 oktyabr 2021 15:41
399

"Miss France" müsabiqəsində qalmaqal yaradan kriteriya

Fransada təşkil olunan "Miss France" yarışması ilə bağlı qalmaqallı iddialar irəli sürülüb.

“İki sahil” xəbər verir ki, gözəllik müsabiqəsinin təşkilatçılarının 1.70 boy kriteriyasına görə yarışmaçı seçimində ayrı-seçkilik etdikləri iddia olunub.

Müsabiqə üçün müraciətləri geri çevrilən üç qadın "Miss France" şirkəti ilə bağlı şikayət edib. İddiaçılar şikayət ərizələrində meyarların 1.70 sm uzunluğunda və subay olmasının Fransa əmək qanunvericiliyini pozduğunu iddia ediblər.

Qeyd edək ki, bu il Fransada keçirilən gözəllik yarışmasında Amandin Petit qalib gəlib.