18 oktyabr 2021 12:30
420

Naftalanda şəhid Fərid Adıgözəlovun anım günü qeyd olunub - FOTO

Naftalan şəhərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Fərid Adıgözəlovun ildönümü qeyd edilib, xatirəsi ehtiramla yad olunub.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini  icra edən Hatəm Qocayev və aparatın əməkdaşları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. 

Daha sonra YAP Naftalan şəhər təşkilatının kollektivi şəhid Fərid Adıgözəlovun anım mərasimində iştirak ediblər.

YAP Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Hatəm Qocayev Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun ailəsinin qayğıları ilə maraqlanıb, şəhidin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləyiblər.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.