18 oktyabr 2021 11:45
341

Əmək müqaviləsi ilə çalışanların maaşı artırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ilə bağlı məlumat yayıb. 

“İki sahil” xəbər verir ki,  məlumatda deyilir ki, sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq: 

“Həmçinin minimum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək.

Pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək".