18 oktyabr 2021 10:31
358

Azərbaycan və Qətər XİN başçıları arasında görüş başlayıb

Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan Qətər baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani arasında görüş başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində paylaşım edilib.

C.Bayramov həmkarını nazirliyin önündə qarşılayıb.

Daha sonra iki ölkənin xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb.