18 oktyabr 2021 10:27
311

Britaniya səfiri Azərbaycan xalqını təbrik edib

Böyük Britaniya səfiri Ceyms Şarp 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

“İki sahil” xəbər verir ki, səfir təbrikini Azərbaycan dilində səsləndirib.

“Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və tarixində yeni səhifə açır. Azərbaycan və Britaniya arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq”.