18 oktyabr 2021 09:31
345

Türkiyə səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü Şəhriyarın şeiri ilə təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilir:

"Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun.

“Könlüm quşu qanad çalmaz,

Sənsiz bir an, Azərbaycan” (Şəhriyar)", - paylaşımda bildirilib.