KÖŞƏ

Nurəddin Muğanlı

Ermənistanı dalana  dirəyən “ermənilik şakəri”

08 oktyabr 2021 00:12
767

Hələ ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev işğalçılığın, düşmənçiliyin, qonşuya qarşı nifrət hisslərinin  Ermənistanı dalana dirədiyini bildirərək demişdir: “İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna?”

44 gün davam edən müharibədə Azərbaycanın qarşısında darmadağın olaraq biabırçı məğlubiyyətə uğrayan və dalana dirənmiş Ermənistan iqtisadiyyatını dirçəltmək və illərdir, aclıq və səfalət içində yaşayan erməni xalqının problemləri həll etməkdə aciz qalıb. Görəsən bu gün də postmüharibə dövrünün reallıqlarını dərk etmədən saxta düşüncələrlə düşmənliyi, kini, nifrəti körükləyən və  siyasi spekulyasiyalarla məşğul olan qüvvələr Ermənistanın sabahını düşünmürlərmi? Ermənistandakı ictimai-siyasi vəziyyəti gərginləşdirənlər “ermənilik şakəri”ndən əl çəkmədikcə dalana dirənmiş Ermənistanı dərin uğursuzluq girdabına yuvarladıqlarının fərqinə varmırlar və öz xalqının gələcəyinə açıq-aşkar  qəbir qazırlar... 

Azərbaycan isə düşməni ağır məğlubiyyətə uğradan bir ölkə olaraq, müharibə bitər-bitməz yeni çağırışlarla çıxış edir və  hər zaman olduğu  kimi əməkdaşlığa açıq bir mövqe sərgiləyir. Oktyabrın 6-da Avropa İttifaqının Azərbaycandakı  nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən dövlətimizin başçısı bildirib: "Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, - mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər."

Sülh sazişi, delimitasiya və digər məsələlərlə bağlı Azərbaycanın gündəliyinin Avropa İttifaqının, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil etməsi ölkəmizin həm müharibə, həm postmüharibə dövründə kifayət qədər dəqiq hesablanmış siyasətə əsaslanaraq irəlilədiyini göstərir. Lakin  Ermənistanın labirintdən çıxış yolunu sülh prosesində görsə də,  çox təəssüf ki,  artıq gündəmdən çıxarılan  “status” kimi absurd terminləri yenidən gündəmə  gətirməklə,  Qarabağla bağlı baş verən proseslərdən kənarda qaldıqları, Cənubi Qafqazda Azərbaycanın diktə etdiyi yeni reallıqları qəbul etməməyə çalışırlar.

Sözsüz  ki, Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və düşmənçilik hərəkətlərinə birmənalı  şəkildə son qoymalıdır!

Ermənistan mediası isə ölkənin gələcəyinin sual altında olduğunu və xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunun artıq ölkəyə ianələr göndərmədiyindən əhalinin yoxsulluq içində çabaladığını yazır.   Ermənistanda  hakimiyyət dairələri  hələlik   iqdisadi  dalandan  çıxış  yolunu axtarmaq və  üçtərəfli Bəyanatın şərtlərinə əməl etmək  əvəzinə fitnəkarlıq meydanı kimi dost və qardaş dediyi İranı seçib.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?