28 sentyabr 2021 18:06
378

İsveçdə güclü partlayış: azı 20 nəfər xəsarət alıb

İsveçin Höteborq şəhərində yaşayış binasında baş verən güclü partlayış nəticəsində 20-dən çox şəxs xəsarət alıb.

“İki sahil” xəbər verir ki, xəsarət alan şəxslər dərhal xəstəxanalara çatdırılıblar. Onlardan azı dörd nəfərinin vəziyyəti ağırdır. Bina sakinlərinin bir neçəsi xilas olmaq üçün pəncərədən yerə atılıblar.

Əraziyə polis əməkdaşları, xilasetmə və təcili yardım briqadaları cəlb edilib. Hadisə bölgəsindən yüzlərlə sakin müvəqqəti təxliyə edilib.

İsveçin Baş naziri Stefan Löven hadisə ilə bağlı mətbuat konfransı keçirib. O, hadisədən zərər çəkənlərə hərtərəfli kömək göstəriləcəyini bildirib.

Partlayışın səbəbləri hələlik açıqlanmayıb. Araşdırmalar davam etdirilir.