28 sentyabr 2021 18:03
343

Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət ediblər

Sentyabrın 28-də prokurorluq əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyi, habelə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Bakı şəhəri ərazisində yerləşən müxtəlif uşaq evlərini ziyarət ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, ziyarət çərçivəsində prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum uşaqların problemləri ilə maraqlanıb, onlara hədiyyələr təqdim ediblər.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.