28 sentyabr 2021 17:50
499

Xalqımız şəhidlərimizi heç bir zaman unutmayacaq - FOTO

Sentyabrın 28-də İsmayıllı rayon Qubaxəlilli və Kürdmaşı kəndlərində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizir Qəfərov Saməddin Rasim oğlu və əsgər Əliyev Fərid Hamlet oğlu şəhid olduqları gün onların yaşadıqları evdə anılıb.

Anım mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, YAP İsmayıllı rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Sevil Əhmədova, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra İsmayıllı rayonu İvanovka kəndində Birinci və İkinci Qarabağ Müharibəsində şəhid olmuş həmyerlilərimizin  xatirəsinə yaradılmış bulaq kompleksinin açılışı olub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidlərin ailələrinə başsağlığı verərək bu cür qəhrəman övladlar yetişdirdikləri üçün onlara minnətdarlıqını bildirib.

Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi xalqımız heç bir zaman unutmayacaq. Şəhidlərimiz canı və qanı hesablarına illərdir həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından azad etməklə bizim başımızı uca etdilər. İndi onların şəhid olduğu torpaqlarda Şanlı Azərbaycan Bayrağı dalğalanır. 44 gün ərzində düşməni diz çökdürən Azərbaycan Ordusu dünyanı heyrətə gətirdi. Şəhid ailələrinə mənəvi dəstək olmaq hər birimizin borcudur.

Şəhid ailələri onların problemləri ilə maraqlanan, dərdlərinə şərik olan insanlara mənəvi dəstək olduqları üçün razılıqlarını bildiriblər, göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını ifadə ediblər.

Orxan Vahidoğlu, “İki sahil”