28 sentyabr 2021 17:32
381

Nazirlik rəsmisi: "Ağıllı kənd”i milli brend adlandıra bilərik

“Azərbaycanda bütün "Ağıllı kənd"ləri özündə birləşdirən yeni model formalaşdırılır. Biz bunu milli brend adlandıra bilərik”.

“İki sahil” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov deyib.

Xatırladaq ki, hazırda Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun II Ağalı kənd ərazisində “Ağıllı Kənd” layihəsi icra olunur. Bunun üçün nazirliyə 10,8 milyon manat vəsait ayrılıb.

Ə.Abbasov vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlər aparılır: "Ağalı kəndinin şimal hissəsindən 6 zolaqlı avtomobil yolu, cənub hissəsindən isə dəmir yolu xətti keçəcək. Son nəticədə "Ağllı kənd" strateji yolların kəsişməsində yerləşəcək".