28 sentyabr 2021 17:02
389

Məşhur ifaçı ömürlük həbs oluna bilər

Amerikalı müğənni və prodüser R.Kelli (Robert Silvestr Kelli) ömürlük həbs oluna bilər.

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, ifaçı qadınlara və uşaqlara qarşı seksual zorakılıqda, həmçinin cinsi istismar məqsədi ilə insan alverində ittiham olunub. Onun barəsində hökm 4 may 2022-ci il tarixində veriləcək.

R.Kellinin qurbanlarından biri Dzheronda Peys məhkəmədən sonra hislərini belə ifadə edib: "Nəhayət həyatımın bu fəslini bağlamaqdan xoşbəxtəm. Bu gün tarix yazdım. Robert Kellydən gizlənirdim və mənə qarşı yönələn təhdidlərdən qorxaraq yaşayırdım. İndi nəhayət keçmişin travmalarından sağalmağa və həyatımı yaşamağa hazıram".

Xatırladaq ki, R.Kelly 2019-cu ilin fevralında Çikaqoda həbs olunub. O, cinsi cinayətlərdə ittiham olunub. İttihamlarda dörd qıza qarşı seksual xarakterli zorakılıq etdiyi, cinayət törədilən vaxt onlardan üçünün yaşının 17-dən az olduğu bildirilib. Eyni zamanda uşaq pornoqrafiyası hazırladığı üçün ona qarşı daha iki iddia qaldırılıb.

Qeyd edək ki, R.Kelly üç dəfə “Qremmi” mükafatına layiq görülüb.